İnsanı yaşı deyil, yaşadıqları böyüdər.
26 yaşlı olmasına baxmayaraq, üzərində illərin ağırlığını, dərdini daşıyan Gülnarə Həmidova kimi. Gözəlliyi ilə gözləri qamaşdıran bu gənc qızın anası demiş kaş bəxti gözəl olaydı. Gülnarə ali təhsillidir. Universiteti bitirdikdən sonra ailə həyatı quran bu gənc qız 1 il sonra ana olmağa hazırlaşır.
Ancaq qanında aşkarlanan sepsis artıq börəyinə keçdiyindən vəziyyəti pisləşir və hamiləliyini 6-cı ayında bitirməsinə səbəb olur. Çox həkimə müraciət etsə də, nə düzgün diaqnoz qoyan həkim tapılıb, nə dərdinə dərman. Ümidini itirən Gülnarə son olaraq məsləhət bilinən özəl klinikaların birinə yollanır və nəhayət düzgün diaqnozu müəyyən edilir. Çanaq nahiyəsindən qırığdaq yeyildiyindən astieneqroz diaqnozu qoyulur və hər iki ayağının endaprotez əməliyyatı olunmasını söyləyirlər. Özü gözəl olunca bəxti gözəl olsun deyən anasının bu sözü boşuna deyildi.
Gülnarənin xəstəliyi üzə çıxan il aylar ailəsi ona həm maddi, həm də mənəvi dəstək olur. Ancaq bu gənc yaşında tutulduğu xəstəliyin ağır yükünü onlara çəkdirməmək üçün ərindən ayrılmağa qərar verir. Bu xəstəliyə görə hər şeyini – Ailəsini, uşağını, ali təhsili itirdiyini söyləyən Gülnarə Həmidova əvvəlki həyatına qayıtmaq istəyir, yenidən gəzmək, dolaşmaq, sərbəst hərəkət etmək, işləmək istəyir. Gülnarə Həmidovaya kömək etmək istəyən şəxslər şəkildə göstərilən bank hesabına pul köçürə bilərlər. Ümid edirik ki, Gülnarənin xəyalları əlçatmaz olmaz, Özünün də söylədiyi kimi, onun da arzuları var…
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub