Paytaxtda qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülərək yerində daha hündür və müasir yaşayış binalarının tikintisi ilə bağlı pilot layihələrin icrası davam etdirilir. Bu məqsədlə artıq Səbail rayonunda da tikinti işlərinə başlanılıb. Bayıl-20-ci yaşayış sahəsində tikinti ilə bağlı 8 layihə təsdiq olunub.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, qəzalı vəziyyətdə olan yaşayış evlərinin yerində bu binalar tikilir.Paytaxtın Səbail rayonu Bayıl-20-ci yaşayış sahəsində köhnə binaların yerində yenilərinin inşası ilə bağlı təklif olunan 14 layihədən 8-i təsdiq olunub. Səbail Rayon İcra Hakimiyyətindən verlən məlumata görə, artıq işlərin böyük əksəriyyətinə başlanılıb. 51 min nəfər əhali yaşayan və 6510 nəfər məcburi köçkün məskunlaşmış ərazidə ötən il sakinlərin müraciətləri nəzərə alınaraq qəzalı vəziyyətdə olan I Buxta döngəsi, 39 ünvanındakı binada yaşayan 13 ailənin dövlət vəsaiti hesabına kompensasiya ödənilməsi yolu ilə köçürülməsi təmin olunub.
Bayıl-20-ci yaşayış sahəsində təsdiq olunan layihələrdən artıq Badamdar qəsəbəsi,Tofiq Məmmədov, Neftçi Qurban və Xanlar, Fuad Əbdülrəhmanov, Aqil Əliyev eləcə də Əlibəyov qardaşları küçələrində tikinti işləri davam edir.
Tikintini aparan şirkətin nümayyəndəsi deyir ki, qəzalı vəziyyətdə olan evlərdə yaşayan sakinlərlə artıq razılığa da gəlinib.
Əlibəyov qardaşları küçəsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış evlərində ümumilikdə 86 ailə yaşayıb.35 ailə kirayə mənzillərə yerləşdirilib, 51 ailə ilə isə danışıqlar aparılır.
Səbail Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, rayonun digər ərazilərində də köhnə binaların yerində yeni çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə bağlı işlər aparılır.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub