Yol polisi ölkə ərazisində həm stasionar postlarda, həm də küçə və yollarda nəzarəti gücləndirib.
Mynews.az xəbər verir ki, buna səbəb cəriməsi olan, amma sistemdə qərarsız kimi görünən, yəni sürücüyə çatdırılmayan elektron protokolları olan sürücülər saxlanılması və cərimə qərarı rəsmi qaydada onlara təqdim etməsidir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Kamran Əliyev bildirib ki, kimsə zənn etməsin ki, bir il gizlənməklə cərimə ödəməkdən yaxa qurtara biləcək.
“Hətta vaxtın tamam olmasına bir gün qalsa belə, həmin sürücünü tapıb, protokolları təqdim edib, qərar qəbul etmək mümkündür. Qanunvericilikdə konkret göstərilir ki, bir il müddətində qərar çıxarılmırsa, inzibati işə xitam verilir. Lakin inzibati xətanı törətmiş şəxs bilərəkdən qaçıb gizlənirsə, o halda bu müddətin axımı dayanır”.
Polis polkovniki əlavə edib ki, 2012-ci ildən bu günə qədər Mərkəzi Məlumat Sistemində qərarı verilməyən bütün elektron protokollara xitam verilib.
1
"Qarabağ" "Liverpul"a böyük hesabla uduzdu
1174 dəfə oxunub
2
Baş nazir sərəncam imzaladı
1125 dəfə oxunub
3
Azərbaycan Bosniya üçün vizasız rejim təklif edib
1124 dəfə oxunub
4
Marneulidə toy kortejində baş verən qəzada iki azərbaycanlı ölüb - FOTO
1088 dəfə oxunub
5
Bu ərazilərdə MİDA-nın yeni binaları tikilir
1063 dəfə oxunub