20 Yanvar günü şəhərin mərkəzi yol və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Mynews.az bildirir ki? Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun verdiyi məlumata görə, sabah saat 08:00-dən bəzi yollar bağlı olacaq.
“Yanvarın 20-i səhər saat 08:00-dan mərasim bitənədək, xüsusilə Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti istiqamətində kəsişən küçə və prospektlərdə avtomobillərin hərəkəti müvəqqəti dayandırılacaq. 20 Yanvar faciəsi qurbanlarını ziyarətə gələn vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Mehdi Hüseyn küçəsi, Teleteatr binasının yanından, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin, Mətbuat prospekti ilə Mikayıl Müşfiq dairəsinin, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişmələrindən Parlament prospekti-Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək”.
Vaqif Əsədov onu da əlavə edib ki, həmin gün Parlament prospekti üzrə hərkət edən sürücülərə alternativ yollardan istifadə etməsi tövsiyə edlir:
“Sürücülərdən xahiş edirik ki, mövcud vəziyyətlə bağlı alternativ yollardan istifadə etsinlər. Eyni zamanda ziyarətçilərin də ictimai nəqliyyatlardan istifadə etməsi arzu olunandır”.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub