Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən aparıcı Lalə Əlimuxtarovanın avtomobili idarə edərkən qızını təhlükəyə atmasına dair yayılan videoya münasibət bildirilib.
Mynews.az-ın məlumatına görə, Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, avtomobil hərəkət edən zaman uşağı xüsusi oturacaqda əyləşdirməmək təhlükəlidir.
“Burada söhbət yol polisinin inzibati xəta aşkar etməsindən getmir. Vətəndaşın kimliyində aslı olmayaraq, təhlükəsizlik tədbirlərinin görülməsi vacibdir.
Bakı şəhəri ərazisində hərəkət intensivliyi çox olduğundan sürücülər bəzən qəfil əyləcdən istifadə edirlər.
Hətta avtomobilin hərəkət sürəti 20 km\s olsa belə, o uşaq oturduğu yerdən ən azı bir neçə metr önə düşə bilər, bu da təhlükəlidir.
Apardığı azyaşlı onun qızıdır, o düşünməlidir ki, hadisə baş versə, ağrını, məsuliyyəti o çəkəcək”.
Polis polkovniki qeyd edib ki, aparıcı Lalə Əlimuxtarovanın avtomobili idarə edərkən qızını təhlükəyə atmasına dair yayılan video araşdırılmağa başlanılıb:
“Əgər görüntüdə inzibati xəta tərkibi varsa, sürücü qanunvericilikdə nəzərdə tutulmuş tələblər üzrə məsuliyyətə cəlb olunacaq”.
V. Əsədov vurğulayıb ki, “Yol Hərəkəti” haqqında qanunda qeyd edilir ki, 12 yaşadək uşaqlar qabaq oturacaqda xüsusi oturacaqda oturmalıdırlar:
“Tələb pozulursa, bu zaman avtomobil saxlanılır və sürücüyə inzibati qaydada protokol tərtib edilir. Sürücüyə üç bal yazılır və o, 60 manat cərimə olunur.
Arxa oturacaqda xüsusi oturacaqsız 12 yaşadək uşaq oturursa, burada inzibati məsuliyyət nəzərdə tutulmasa da, yolda hər an baş verəcək hadisənin ağırlığını nəzərə almaq lazımdır.
Tövsiyə edirəm ki, inzibati cəzanın olub-olmamasına baxmayaraq, arxa oturacaqda uşaqlar üçün mütləq oturacaq olmalıdır. Bununla sürücü övladlarının təhlükəsizliyini qoruyur”.
Xatırladaq ki, tanınmış aparıcı Lalə Əlimuxtarova avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozub. Aparıcı qızını ön oturacaqda əyləşdirib. Nə özünün, nə də qızının təhlükəsizlik kəmərlərini bağlayıb. Musiqi dinləyən aparıcı özünü və qızını videoya çəkib. Gözünü tez-tez yoldan yayındırıb, kameraya baxan aparıcının bu hərəkəti sosial mediada birmənalı qarşılanmayıb. İzləyicilər aparıcını qızının həyatını təhlükəyə atmaqda günahlandırıb.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub