USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Xərçəng xəstəliyinin 5 ƏSAS ƏLAMƏTİ DİQQƏTLİ OLUN

22:50 19.01.2018
Xərçəng xəstəliyinin 5 ƏSAS ƏLAMƏTİ DİQQƏTLİ OLUN
22:50 19.01.2018

Bütün dünyada yayılan xərçəng xəstəliyi vaxtında müalicə olunmadıqda və gecikdirildikdə ölümcül nəticələrə səbəb olur. Buna görə də erkən zamanda aşkarlanması çox əhəmiyyətlidir. Bəs bunun üçün nə etmək lazımdır? Xərçəngin əlamətləri hansılardır? bir çoxumuzun görməzdən gəldiyi müəyyən halların xərçəngin əlaməti olduğunu bilirdinizmi? Bədənimizin verdiyi bəzi mesajlar xərçəngin erkən əlamətləri ola bilər. Bu əlamətləri bilsəniz, böyük problemlərin də qarşısını ala bilərsiniz.

Mynews.az ailem.az-a istinadən xərçəngin xəbərçisi ola biləcək 5 əlaməti təqdim edir.

Mütəmadi öskürək

Əgər sizdə öskürək uzun müddət davam edirsə, mütləq bir həkimə müraciət etməlisiniz.

Bu, ağciyərlərinizdə bir problem olmasına və ya ağciyər xərçənginə işarə ola bilər.

Mütəmadi xoruldamaq

Mütəmadi xoruldamaq, burun tutulmasına işarə ola bilər. Amma diqqət edin, çünki eyni zamanda çox daha ciddi problemlərin olduğunun da əlamətidir.

Mütəmadi yorğun olmaq

Xroniki yorğunluq və əzginlik, adətən, qanda dəmir əskikliyinin əlaməti sayılır. Və ya bundan daha ciddi bir xəstəliyə işarə edə bilər. Buna görə mütləq bir həkimə müraciət edin. Xan xərçənginin ən əhəmiyyətli əlamətləri arasında daimi yorğunluq da yer alır.

Sidikdə yaranan dəyişikliklər

Sidiyə getmədə hər hansı bir dəyişiklik meydana gəlibsə, buna laqeyd yanaşmayın. Məsələn, sidiyə gedərkən göynəmə hissi, sidikdə qan, rəngində yaranan dəyişikliklər böyrəklərinizdə pis xassəli kistanın varlığına dəlalət edə bilər. Eyni zamanda, kişilərdə  sidikdəki dəyişiklər prostat xərçənginin əlaməti ola bilər.

Dəridə ləkələr

Dəridə yaranan xallar və ləkələr mütləq həkim tərəfindən müşahidə olunmalıdır. Xal və ləkə hər kəsin dərisində var. Ancaq xallarda və ləkələrdə böyümə və tündləşmə görməyə başladınızsa, bu vəziyyət dəri xərçənginin əlaməti ola bilər.


Xəbər lenti

300x200r