Bir neçə gün əvvəl Azərbaycanda nadir rastlanan hadisə baş verib. Belə ki, 52 yaşlı qadın əkiz övlad dünyaya gətirib.
Doğuş Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mama-ginekalogiya şöbəsinin həkimi Arzu İsmayılova tərəfindən həyata keçirilib. Doğuş qeysəriyyə kəsiyi əməliyyatı yolu ilə baş tutub. Həkimin bildirdiyinə görə, bu, 52 yaşlı ananın ikinci hamiləliyidir.
Onun ilk hamiləliyi 48 yaşında olub: "Ana və əkizlər tam sağlamdırlar və özlərini çox yaxşı hiss edirlər. Qeyd edim ki, bu qadın ilk dəfə 48 yaşında ana olmuşdu. Bu, onun ikinci hamiləliyidir. Bu dəfə əkiz oğlanları dünyaya gəlib".

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub