Ucarda ata və oğul bıçaqlanıb.
Mynews.az APA-ya istinadən xəbərinə görə, hadisə ötən gecə, saat 23:30 radələrində rayon ərazisində baş verib.
Şəhərin Heydər Əliyev prospekti, ev 92 ünvanında yaşayan 1959-cı il təvəllüdlü Tehran Salman oğlu Zahidov və oğlu, 1982-ci il təvəllüdlü Samir Tehran oğlu Zahidov bıçaq xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
T. Zahidovun ürək nahiyəsindən aldığı xəsarət ağır olduğundan o, xəstəxanada ölüb. Oğlu S. Zahidov isə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub