Bu çaydan hamımız istifadə edirik. Bəzən evdə çay dəmləməyə tənbəllik edənlər sadəcə, paketi stəkana salır və üzərinə qaynar su əlavə etməklə çay düzəldir. Evdə olmasa da, zaman-zaman toylarda və ya kafe-restoranlarda bu qaydada hazırlanan çayı içməli oluruq. Bəs siz paket çayların az qala ölüm mənbəyi olduğunu bilirdinizmi?
Bu çayların tərkibində çoxlu sayda zərərli maddələr var. Həm kağız paketlər, həm də neylon piramidalar şəklində hazırlanan belə çaylar çox ziyanlıdır.
Bu çayların hazırlanması üçün köhnə yarpaqlardan istifadə edilir ki, onların da tərkibində böyrəklərə zərər verən ftoridlərin miqdarı çoxdur.
Amma daha qorxulu fakt odur ki, paket çaylar kanserogen (xərçəng xəstəliyi törədən) qida məhsullarının siyahısındadır. Üstəlik, çayın bu növünə aludə olmaq təkcə xərçəng xəstəliyinə deyil, həmçinin sonsuzluğa da səbəb olur.
Paket çayların tərkibində xlor da daxil olmaqla, çoxlu təhlükəli birləşmələr var. Bu çayın tərkibində yer alan zəhərli maddələr təkcə həzm sistemini deyil, həmçinin sümük sistemini də dağıdır. Tədqiqatçıların bildirdiyinə görə, belə çaylar üçün paketləri xlorla ağardırlar. Çay hazırlayarkən həmin xlor qaynar suda həll olur və çayı içərkən orqanizmə daxil olur. Paketlər həmçinin epixlorohidrin maddəsi ilə də zəngindir ki, bu da sonsuzluq və xərçəng xəstəliyinin yaranması səbəblərindən biridir.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub