Uşağın anadan olması anı videoya çəkilir, doğuşdan dərhal sonra valideynlərlə birlikdə uşaq fotosessiya edilir.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, son zamanlar bu hal dəbə düşüb və bir sıra özəl klinikalarda xidmət kimi təklif olunmaqdadır.
Ancaq insanların məsələyə münasibəti fərqlidir. Əksər adamlar bunun doğru olmadığını və yaxşı qarşılanmadığını deyirlər.
Fotoqraflar da bildirir ki, belə təkliflər alırlar və hər çəkiliş üçün qiymətlər fərqlidir.
Sosioloqlar isə bildirir ki, bu xarici ölkələrdə geniş yayılan adətlərdən təsirlənərək edilir. Bir çoxları bunu müasirlik hesab edir. Ancaq bu cür addımlar Azərbaycanın mənəvi dəyərlərinə, böyük önəm daşıyan ailə institutuna uyğun gəlmir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub