"Baku Bus" MMC"yə məxsus 175 saylı marşrut avtobusundan istifadə edən sərnişinlər həm yaxın, həm də uzaq məsafəyə getmək üçün 30 qəpik ödəmək məcburiyətində qalırlar.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, bir neçə gün əvvəl Səməd Vurğun parkından Sabunçu rayonu Hövsan qəsəbəsinin mərkəzinə hərəkət edən bu marşrut avtobusunda qiymətlər 20 qəpikdən 30 qəpiyə artırılmışdı. Avtobusda kart sistemi olduğuna görə sərnişinlər 30 qəpiyi birbaşa karta vurub, marşrut xəttindən istifadə edirlər.
Sərnişinlərin sözlərinə görə, belə olduqda 2 dayancaq məsafə getdikdə də 30 qəpik ödəməli olurlar.
Sərnişinlər bildiri ki, 75 saylı marşrut xətti ''Baku Bus"a verilməmişdən öncə ödəniş haqqı məsafədən asılı olaraq ödənilirdi.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, bu gün iş günü olmadığına görə sakinlərin narazılığı sabah araşdırılacaq.
Qeyd edək ki, Tarif Şurasının qərarına görə, şəhərətrafı və qəsəbələrarası gediş haqqı 1 km-dən 15 km-dək 20, 15 km-dən 25 km-dək 25, 25 km-dən 30 km-dək 30 qəpikdir.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub