Nazirliyin mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Vilayət Zahirov ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində məhkəmə qərarlarının icrasının mühüm əhəmiyyətini vurğulayıb, icra işinin təkmilləşdirilməsi üzrə görülən tədbirlərin vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunmasına xidmət etdiyini söyləyib.
Sonra İcra baş idarəsinin rəisi – Baş icra məmuru Nurəddin Mustafayev hesabat məruzəsi ilə çıxış edib.
Bildirilib ki, əhalinin məhkəmələrə inamının təzahürü olaraq son illər baxılan işlərin sayının çoxalması icra xidmətində də iş həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. 2017-ci ildə icrası təmin edilən işlərin sayı 60 faizə çataraq 415 mini ötüb, fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə, o cümlədən vergi borcları ilə bağlı 562 milyon manatdan çox vəsait ödətdirilib. Bundan əlavə hesabat dövründə aliment işləri üzrə təqribən 125 milyon manatın tələbkarlara ödənilməsi təmin edilib. İcra sənədlərinin icrasından qərəzli boyun qaçıran, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 4.245 nəfər inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 2.878 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 391 şəxs barəsində cinayət işi başlanılıb.
Həmçinin, 14 mindən artıq borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, 3.410 nəfərin məhdudiyyəti isə məhkəmə qərarını icra etdiklərinə görə götürülüb. Qeyd olunmalıdır ki, belə məhdudlaşdırmanın olub-olmaması barədə vətəndaşlara elektron xidmət (http://exidmet.justice.gov.az/WebForms/VVA_13.aspx) göstərilir. Ötən il bu xidmətdən istifadənin sayı 66 faiz artaraq 1.3 milyona yaxın olub.
1
"Qarabağ" "Liverpul"a böyük hesabla uduzdu
1174 dəfə oxunub
2
Baş nazir sərəncam imzaladı
1125 dəfə oxunub
3
Azərbaycan Bosniya üçün vizasız rejim təklif edib
1124 dəfə oxunub
4
Marneulidə toy kortejində baş verən qəzada iki azərbaycanlı ölüb - FOTO
1088 dəfə oxunub
5
Bu ərazilərdə MİDA-nın yeni binaları tikilir
1063 dəfə oxunub