Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanın iki jurnalisti – Nicat Məlikov və Ülviyyə Şamilqızının (Məmmədova) vəfatı ilə əlaqədar başsağlığı verib.
Mynews.az xəbər verir ki, Ə.Amaşovun başsağlığı onun “Facebook” profilində yayımlanıb.
Başsağlığı mətnində deyilir:
“Müəyyən mənada şablon kimi səslənən bir deyim var – həmkar itirmək çox ağırdır. İtirdiyin həmkar jurnalistdirsə, zənnimcə, ağırlıq daha da artıq olur. Jurnalistlər təkcə özləri əbədiyyətə qovuşmurlar, onların ideya və baxışları da bu dünyadan köç edir. O ideya və baxışlar ki, həyata keçməsi cəmiyyətin xeyrinədir. O ideya və baxışlar ki, reallaşması dərdlərə məlhəmdir, mənəvi rahatlıqdır, ruh yüksəkliyidir, yeni gün uğrunda mübarizə əzmi və çağırışıdır. Bu mənada, jurnalist itkisi həm də cəmiyyətin itkisidir. Həqiqətən də, çox ağırdır.
Bu günlər ağırlığın gətirdiyi dərin üzüntü, məyusluq və sarsıntı hissi bizi tərk etmək bilmir. Nicat Məlikov və Ülviyyə Məmmədova (Şamilqızı) kimi istedadlı həmkarlarımız barədə artıq keçmiş zamanda danışmaq əzabını yaşayırıq. Hər ikisi fəaliyyət tərzləri, yanaşmaları ilə cəmiyyətə, topluma faydalı nələrisə qabartmağa, göstərməyə, təbliğ etməyə can atırdılar, buna müvəffəq olurdular. Bu keyfiyyətlərinə görə tanınır, qəbul edilirdilər.
Uca Tanrıdan onların hər ikisinə rəhmət diləyirəm. Allah doğmalarına, əzizlərinə, doğma nəvazişi və qayğısı ilə yanaşdıqları dostlarına və həmkarlarına səbr versin.
Ruhları şad, məkanları cənnət olsun!”
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub