Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Hepatit B və C qrupları üzrə xəstəliklərin icbari tibbi müayinə paketinə daxil edilməsini təklif edib.
M.Quliyev deyib ki, bunun üçün Ailə Məcəlləsinə müvafiq əlavə və dəyişiklik edilməlidir.
Səhiyyə Nazirliyi Hepatit B və C virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiyanın sədri Murad Məmmədov bildirir ki, müayinənin heç bir ziyanı yoxdur:
“Hepatit B insana cinsi yolla keçə bilər, C virusu isə bu yolla keçmir. Ona görə, müayinənin heç bir zərəri yoxdur”.
B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun İmmunalogiya şöbəsinin İmmuno-hemotologiya laboratoriyasının müdiri Günel İbrahimova isə bildirir ki, bu virus insanı həmin an öldürmür:
“70-80% hallarda bu virus təsadüf nəticəsində öyrənilir. Məncə Milli Məclisdə təklif edilən qərar olduca vacib və düzgündür. Hepatit B 90% hallarda cinsi yolla yoluxur. C virusunun isə cinsi yolla yoluxması 2%-dir.Hepatit qaraciyərin virusudur. Ona təsir edir və sıradan çıxarır. Onun qaraciyərin inkişafına təsir edib sıradan çıxarması hardasa 10 il ərzində baş verir. Ailədə problem yaratmır. Sadəcə virusa yoluxmuş şəxsdə qaraciyər serrozu yaradır. Virus yemək, qan və damcı yolu ilə keçmir. Hepatit virusu ancaq cinsi yol, qan, sterlizə olunmayan ləvazimatlardan keçir. Uşağa da ana vasitəsilə doğuş zamanı keçir. Ona görə hepatiti olan xəstələr qeysəriyyə əməliyyatına götürülür. Belə yolla dünyaya gələn uşağın hepatitə yoluxma faizi çox aşağıdır. Amma normal doğuşla uşaq anadan bu virusa yoluxa bilər”.
Qeyd edək ki, hazırda nikaha daxil olmaq istəyən şəxslərin hər biri Talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçir.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub