Səbail rayonunun Bayıl qəsəbəsində sürüşmə olan ərazilərdən 67 ailə köçürülüb.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, sakinlər üçün rayon ərazisindəki 49 saylı orta məktəbdə sığınacaq yaradılıb.
Sakinlər Trend-ə bildiriblər ki, rayon icra hakimiyyətinin nümayəndələri yaxın günlərdə köçürülən sakinlərə kirayə pulu üçün kompensasiya veriləcəyini deyiblər: "Ailələrin bir qismi orta məktəbdə yerləşdirilib. Qalan ailələr isə başqa ərazidə yaşayan qohumlarının evlərinə köçüb. Hazırda evlərdə böyük çatlar var, amma zədələnməyən evlərdəki ailələr də təhlükəsizlik üçün köçürülüb".
Xatırladaq ki, sürüşmə baş verən ərazi təhlükəsizlik zolağı ilə əhatələnib. Ərazi polis nəzarətinə götürülüb.
Hadisə yerində Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub