Milli Məclisin (MM) Ailə, qadın və uşaq komitəsinin parlamentin qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı yanvarın 25-də keçirilən ilk iclasında uşaqların istismara, xüsusilə cinsi istismara məruz qalması məsələsi müzakirə olunub.
Mynews.az-ın xəbərinə görə, bu barədə ilk danışan millət vəkili Sədaqət Vəliyeva sözügedən məsələnin ağrılı, utanverici olduğunu, onun qarşısının alınmasının vacibliyini, bu yöndə qanunvericilikdəki müddəaların daha da sərtləşdirilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, son illər ölkədə boşanma halları artıb və bundan ən çox əziyyət çəkən azyaşlı uşaqlar olur:
“Bəzən həmin uşaqlar ortada qalır və bir sıra hallarda da cinsi istismarla üzləşməli olurlar. Bu, çox ağrılı məsələdir. Bununla bağlı daha ciddi addımlar atılmalıdır”.
Adıçəkilən komitənin sədri Aqiyə Naxçıvanlı da bu məsələnin bir müddət öncə millət vəkili Tahir Rzayev tərəfindən komitənin iclasında qaldırıldığını xatırladıb və deyib ki, hələ də uşaqlarla belə üzücü, xoşagəlməz hallar yaşanır:
“Bu, ağrılı məsələdir və tək bizdə yox, dünyada üzləşilən problemdir. Bu məsələ hər birimizin diqqətində olmalıdır və diqqətindədir. Hesab edirəm ki, bu problemin həllini tapması, uşaqların istismara, xüsusilə cinsi istismara məruz qalmasının qarşısının alınması istiqamətində növbəti vacib addımlar atılmalıdır”.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub