Bakıda Bayıl yamacında yerləşən 80 evdən (ailə) 390 nəfər təhlükəsiz yerə köçürülüb, onlardan 34 ailə məcburi köçkünlərdir.
Mynews.az xəbər verir ki, bu barədə Səbail rayon İcra Hakimiyyətinin Bayıl yaşayış massivində (Teleqüllənin yaxınlığında - red.) sürüşmə zonasında yaranmış təhlükə ilə bağlı yaydığı məlumatda deyilir.
İcra Hakimiyyətindən qeyd olunub ki, sürüşmə faktı ilə bağlı Xüsusi Qərargah yaradılıb və müvafiq tədbirlər həyata keçirilib:
“Mütəxəssislər tərəfindən ərazidə araşdırmalar aparılıb və Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən olunub. Köçürülən vətəndaşların əksəriyyəti qohum, tanış evinə gedib, RİH tərəfindən yaradılmış müvəqqəti sığınacaqda hazırda 42 nəfər var. Onların məişət və qidalanma məsələləri həll olunub, sığınacaqda həkim postu yaradılıb”.
Məlumatda bildirilir ki, sürüşməyə meyilli ərazidə hər hansı böyük tikinti işləri aparılmır və bura ən yaxın tikinti 5-6 km uzaqlıqdadır:
“Onların inşasına icazə FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən, xüsusi araşdırmalardan sonra verilib. Ona görə də sürüşmə hadisəsini sırf tikinti ilə əlaqələndirmək düzgün deyil. Hazırda ciddi narahatlığa əsas yoxdur və ərazi aidiyyəti qurumlar tərəfindən nəzarətdədir”.
Ərazidə FHN, Ekologiya və Təbii Sərvərlər Nazirliyi və digər aidiyyəti qurumların mütəxəssisləri araşdırmalar aparır.
1
"Qarabağ" "Liverpul"a böyük hesabla uduzdu
1174 dəfə oxunub
2
Baş nazir sərəncam imzaladı
1125 dəfə oxunub
3
Azərbaycan Bosniya üçün vizasız rejim təklif edib
1124 dəfə oxunub
4
Marneulidə toy kortejində baş verən qəzada iki azərbaycanlı ölüb - FOTO
1088 dəfə oxunub
5
Bu ərazilərdə MİDA-nın yeni binaları tikilir
1063 dəfə oxunub