Teleqüllənin sürüşməsi, yaxud aşması təhlükəsi yoxdur.
Mynews.az-ın məlumatına görə, bunu ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, hazırda sürüşmə təhlükəsi olan ərazidə mayaklar quraşdırılıb, nəzarət həyata keçirilir.
Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Sürüşmə sahəsində yeddi metr dərinliyində, bir metr enində çatlar yaranıb.
Xatırladaq ki, Bakı Televiziya Qülləsi 1996-cı ildə inşa olunub. Qüllənin hündürlüyü 310 metrdir. Bu, Azərbaycan ərazisində ən hündür tikili və dünyada hündürlüyünə görə 34-cü televiziya qülləsidir. Kompleks SSRİ Nazirlər Sovetinin qərarına və Azərbaycan SSR Rabitə Nazirliyinin sifarişi əsasında layihələndirilib. Tikinti işləri 1979-cu ildə başlayıb.
Layihə hesablamalarına görə, tikinti işləri 1985-ci ildə tamamlanmalı idi.
Lakin müəyyən səbəblər üzündən tikinti işləri dayandırılıb. Qüllənin tikintisi yenidən 1993-cü, yəni müstəqillik dövründə başlanıb və 1996-ci ildə kompleksin rəsmi açılışı mərasimi keçirilib. Teleqüllədə 2008-ci ildə yenidənqurma işləri aparılıb.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub