Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsin üzvü Musa Quliyev (Urud) yeni hazırlanan “Əlilliyi ilan şəxslər haqqında” qanun layihəsini sərt tənqid edib.
Mynews.az-ın xəbərinə görə, M. Quliyev adıçəkilən komitənin yanvarın 25-də keçirilən iclasında müzakirələr zamanı yeni qanun layihəsindən xəbərsiz olduğunu, ilkin tanışlıqdan sonra isə sənəddən narazı qaldığını deyib:
“Köhnə - mövcud qanun daha işlək, daha praktik və daha mütərəqqi idi. Belə bir qanun layihəsinə heç bir ehtiyac yoxdur. Bu sənəd qəbul olunarsa, çox ciddi problemlər yaranacaq. Əlillərin yeganə ümid yeri dövlətdir. Onların dövlətdən savayı ümid yeri hara ola bilər ki? Amma bu sənəd əlillərlə dövlət arasında sanki bir baryer yaradır. Maliyyə Nazirliyi deyir ki, bu sənəd maliyyə tutumludur, filandır... Maliyyə tutumlu məhz bu sənəd olmalıdır. Maliyyə buraya ayrılmayıb, haraya ayrılmalıdır?!”
O, əlillərin mənzillərlə təmin olunması məsələsinin qanun layihəsində konkret olmadığını deyib:
“Qanun layihəsində göstərilir ki, bu məsələ Mənzil Məcəlləsi ilə tənzimlənir və tənzimlənəcək. Amma axşam həmin Məcəlləyə baxdım, orada belə bir şey görmədim. Axı, bu, necə ola bilər?!”
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub