Sürüşmə zonasından çıxarılan 80 ailə – 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək.
Mynews.az xəbər verir ki, bunu Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
Onun sözlərinə görə, ərazidə araşdırma aparan mütəxəssislər həmin dağ yamacının altından iki yeraltı çayın axdığını müəyyən ediblər.
“Bu çaylarda suyun səviyyəsinin dəyişməsi, eləcə də, yağıntıların səviyyəsinin artması sürüşməyə səbəb olan amillərdəndir. Artıq bu məsələ ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul olunub.
Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlarla birgə ərazidə araşdırma aparılır. Nəticə müəyyən olunanadək sakinlər kirayə haqqı ilə təmin olunacaq. Nəticə bəlli olduqdan sonra çıxarılan rəyə uyğun tədbirlər görüləcək”.
E Əziziov qeyd edib ki, əgər ərazidə təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya verilərək ərazidən köçürülmə məsələlərinə baxılacaq.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub