Qətərin “Al Sraiya və Venture Capital” şirkəti Lüksemburqdakı “Turkish Cafe Company S.A.R.L” vasitəsi ilə Türkiyənin ən böyük kafe şəbəkəsi “MADO” səhmlərinin 42 faizini satın alıb.
Mynews.az xarici mətbuata istinadən xəbər verir ki, ortaqlıqla bağlı bir müddətdir davam edən müzakirələr başa çatıb.
Türkiyənin Rəqabət Təşkilatının açıqlamasına görə, “Yaşar Dondurma ve Gıda Maddeleri A.Ş.”nin sərmayəsini təmsil edən payların 42 faizi “Turkey Café Company S.A.R.L”. tərəfindən alınıb.
Satınalma prosesi ilə bağlı açıqlama verən “MADO”nun direktoru Gürol Çıragöz bildirib ki, dünyanın 20 ölkəsində 50 mağazaları fəaliyyət göstərir. Bunu daha da artırmaq və qlobal oyunçu olmağı hədəfləyirlər:
“Bu ortaqlıq hədəflərimizi reallaşdırmağa dəstək verəcək”.
Qeyd edək ki, səhmlərin satış dəyəri ilə bağlı rəqəmlər açıqlanmayıb.
“MADO” Azərbaycanda da mağazalar şəbəkəsinə sahibdir.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub