Paytaxtın 23 saylı məktəbin qaşısında uşaqlara narkotik tərkibli həblərin paylanması barədə məlumat yayılıb. “Vatsap”da valideynlərdən birinin yaydığı səs yazısında bildirilir ki, konfet formasında olan bu həblər uşaqlara heç bir səbəb olmadan paylanılır.
Bu həblərin uşaqlarda narkotik asılılığı yaratması təhlükəsi istisna olunmur. Digər məktəblərin də qarşısında belə təhlükənin olmaması üçün valideynlər bir-birini xəbərdar edir.
Enter.News xəbər verir ki, yayılan xəbərlə bağlı Milli Qəhrəman Tahir Həsənov adına 23 saylı orta məktəbin direktoru Yuliya Kərimova açıqlama verib.
Direktor bildirib ki, valideynlər tərəfindən belə bir problemlə bağlı müraciət daxil olmayıb:
“Valideynləri narahat edən məqamlarla bağlı müəllimlərə, direktor müavinlərinə məlumat verirlər. Bu məsələni ilk dəfə sizdən eşidirəm. Bundan başqa, məktəbin 4 tərəfi kamera ilə əhatə edilib. Məktəbin qarşısında uşaqlara nə isə satılması, paylanması mümkün deyil. Çünki kamera ilə yanaşı mühafizəçilər də daim məktəbin ətrafında şagirdlərə nəzarət edir. Belə bir hal müşahidə olunmayıb”. (publika.az)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub