Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında”qanun layihəsi müzakirəyə çıxarılıb.
İclasda bilidirilib ki, qanun layihəsi 8 fəsil 39 maddədən ibarətdir.
Azərbaycanda əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir.
Müzakirələr zamanı fikir ayrılığı yaranıb, bəzi məsələllərin yeni qanun layihəsində əks olunmadığı qeyd olunub.
Bildirilib ki, qanun layihəsinin müzakirəsi əlil cəmiyyətləri ilə də aparılmalıdır, sonra plenar iclasa tövsiyə olunmalıdır.
Qanun layihəsinə yenidən baxılması üçün Milli Məclisin Sosial qanunvericilik şöbəsinə göndərilib.
Qeyd edək ki, hazırda tətbiq olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun 1992-ci ildə hazırlanıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub