Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev qadın sürücülərin avtomobil idarə etməsindən danışıb.
Mynews.az -ın məlumatına görə, Baku.ws xəbər verir ki, o, qadın sürücüləri sərt şəkildə tənqid edərək bildirib ki, onlar yollarda qaydaları pozur və insanların həyatı üçün təhlükə yaradırlar.
"Qadınların çoxu ərlərinə evdə təkid edirlər ki, "mənə maşın al, mən özüm maşın idarə etmək istəyirəm". Çox təəssüf ki, avtomobil idarə etməyin nə ilə nəticələnəcəyini düşünmürlər. Yəni pis tərəfini heç kəs fikirləşmirlər.
Qadınlar yeni başlayan vaxtı bir az ehtiyyatlı davranırlar. Elə ki, bir qədər təcrübə yığdılar, yollarda elə kobud qayda pozuntuları tördirlər ki, Vallah kişilər o, risqi etməz. Çoxusu fikirləşir ki, qayda pozuntusuna görə uzaq başı 50, 100 manat cərimə oluna bilərlər. Bəs siz qaydanı pozub kimisə öldürsəz, yaxud da sağlamlığına zərər versəniz həbsxanada yatmağa hazırsınızmı?",-deyə Kamran Əliyev qadın sürücüləri tənqid edərək bildirib.