"Bədən tərbiyəsi və idman haqqında" qanunda ciddi dəyişikliklərə ehtiyac var.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov komitənin bu gün keçirilən iclasında deyib.
F.Muradov əlavə edib ki, bu sahədə çox fundamental iş görmək lazımdır.
Onun sözlərinə görə, "Gənclər siyasəti haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı aparılan işlər bitdikdən sonra "Bədən tərbiyəsi və idman haqqında" qanun ilə bağlı dəyişikliklərin edilməsi üçün işlərə başlanılacaq.
Komitə tərəfindən dopinqlə bağlı hazırlanmış qanunun dünyanın 10 ən yaxşı dopinqlə bağlı qanunları sırasına düşdüyünü deyən F.Muradov əlavə edib ki, bir çox ölkələr Azərbaycandan onun tərcüməsini istəyir.
F.Muradov deyib ki, 2017-ci ilin payız sessiyası dövründə komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan ümumilikdə 124 müraciət daxil olub: "Müraciətlərin 29-u həll edilib, 29-u qismən təmin edilib, 20-si əsassız sayılıb, 9-na müvafiq izahat verilib, 35-i baxılmaq üçün müvafiq təşkilatlara göndərilib, 2-si isə icradadır".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub