Xəbər verdiyimiz Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişində 16 yaşlı qızın müəlliminə qoşulub qaçdığı məlum olub. Humayın valideynləri bu barədə adı çəkilən verilişə müraciət ediblər.
BiG.AZ xəbər verir ki, məsələ ilə bağlı Goranboy şəhəri ilə əlaqə saxlamağa çalışdıq. Goranboy şəhərinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Əliyev Sonxeber.az-a açıqlamasında bildirib ki, rayonda Xəlilova Humay və Xəlilov Canpolad adlı şəxs yaşamır.
"Bizim rayonda Humay Xəlilova adlı sakin yaşamır".
Qeyd edək ki, Goranboy rayonunda evdən qaçan 16 yaşlı yeniyetmə qızın əslində rəqs müəlliminə qoşulub qaçdığı məlum olub.
Ailə bir neçə həftə əvvəl Oruc adlı müəllimin evinə getsə də o, bunu inkar edib. Lakin bu gün ortaya çıxıb ki, 16 yaşlı Xəlilova Humay rəqs müəllilinə qoşulub qaçıb. Müəllimin onu rəqs adı altında aldadıb, apardığı bildirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub