İlkin ehtimala görə, “28 May” metrostansiyası yaxınlığında, Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanın zirzəmisindəki partlayışa qaz sızması səbəb olub.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev deyib.
“Ərazidə dünən qazıntı işləri aparılıb. Ehtimal edilir ki, qazıntı işləri zamanı MTK-ya gedən qaz kəmərinə toxunublar. Nəticədə qaz sızması baş verib və partlayış olub”.
O bildirib ki, hadisə nəticəsində ölən olmayıb, yalnız bir nəfər xəsarət alıb.
R. Əliyev əlavə edib ki, hadisə səhər saatlarında baş verib.
Ərazidə qaz təchizatı müvəqqəti dayandırılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub