Bakıda baş vermiş partlayışda xəsarət alan şəxsin görüntüsü yayılıb.
Görüntü sosial şəbəkədə yayımlanıb.
Digər xəsarət alan şəxslə bağlı Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının nəzdində fəaliyyət göstərən Yanıq Şöbəsinin müdiri Şöhrət Məmmədov jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, Zahid Mahmudov yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib.
Xəstə III A,B və IV dərəcəli xəsarətlər alıb. Ş. Məmmədov bildirib ki, Zahid Mahmudova bədən səthinin 90 faizi və tənəffüs yollarının 15 faiz yanığı diaqnozu qoyulub: "Xəstənin ümumi vəziyyəti çox ağırdır və hazırda reanimasiyada müalicəsi davam edir. Huşu aydındır. Xəstənin dediyinə görə, səhər işlədiyi dükanın qapısını açaraq içəri daxil olub və işığı yandırarkən partlayış baş verib".(inter.az)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub