USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Azərbaycanlı cərrahdan barəsində cinayət təqibinə başlanması xəbərinə MÜNASİBƏT

19:09 27.01.2018
Azərbaycanlı cərrahdan barəsində cinayət təqibinə başlanması xəbərinə MÜNASİBƏT
19:09 27.01.2018

Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası "Cərrahiyyə və Orqan Transplantasiyası" şöbəsinin müdiri Mircəlal Kazımi Gürcüstan Baş Prokurorluğunun onun barəsində cinayət təqibinə başlaması xəbərinə münasibət bildirib.

Mynews.az xəbər verir ki, M.Kazımi APA-ya açıqlamasında sözügedən cinayət işində heç bir məsuliyyətinin olmadığını bəyan edib.

"Guya Gürcüstan Baş Prokurorluğu Azərbaycan Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında "Cərrahiyyə və Orqan Transplantasiyası" şöbəsinin müdiri Mircəlal Kazımi barəsində cinayət təqibinə başlayıb. Mən tibb sahəsində olan fəaliyyətimlə Azərbaycan səhiyyəsinə yenilik gətirmişəm və bu iş ilə Azərbaycan Respublikasının adını Avropa qaraciyər transplantasiyası reyesterinə yazdırmağı bacarmışam. Ancaq bütün bu naliyyətlər heç də o demək deyil ki, mən hansısa məsuliyyətdən boyun qaçırmalıyam. Qanun qarşısında hamının bərabər olduğu prinsipini əsas tutaraq, sözügedən cinayət işində heç bir məsuliyyətimin olmadığını bəyan edirəm. İndi isə barəmdə yayılan xəbərin yalnışlığı ilə bağlı dəlilləri ortaya qoymaq istəyirəm. Dünən mən bu məsələni araşdırdım. Məlum oldu ki, vətəndaşı olduğu ölkənin cinayət məcəlləsinin müxtəlif maddələrlə ittiham edilən Fərman Ceyranlının Gürcüstanda növbəti məhkəməsi olub.

Düşdüyü kritik durumdan qurturmaq üçün o, heç bir ciddi əsas olmadan məhkəmədə mənim də adımı hallandırıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən orada qaraciyər transplantasiyası əməliyyatında iştirak etmişəm. Aldığım məlumata görə, təyin olunan ekspertiza da tibbi olaraq hər hansı bir xətanın olmadığı barədə rəy verib. Yəni, Fərman Ceyranlının məsuliyyətə cəlb olunması ilə mənim etdiyim əməliyyatların heç bir əlaqəsi yoxdur. Qaldırılan iddiaların başlıca mahiyyəti xəstələrin Fərman Ceyranılda maddi təzminat tələbi ilə bağlıdır. Tam məsuliyyətimlə bildirirəm ki, mənim sözügedən prosesdə adları hallanan xəstələrlə heç bir pul alış-verişim olmayıb. Bütün bu işlərdə Fərman Ceyranlı təqsirləndirilir. Hazırda həmin şəxs məsuliyyətdən yayınmaq üçün günahını mənim üzərimə atmaq istəyir. Eyni zamanda, qeyd edim ki, dünən keçirilən məhkəmə prosesində mənimlə bağlı heç bir həbs qərarı verilməyib. Gürcüstan qanunvericiliyinə görə, şəxs barəsində həbs qərarını prokurorluq deyil, məhkəmə verir. Fərman Ceyranlı və onun müdafiəçiləri əsassız yerə məhkəmədə mənim adımı hallandırdıqlarına görə, prosesdə iştirak edən dövlət ittihamçısı məhkəmə qarşısında mənim həbs edilməyimlə bağlı vəsatət qaldırıb. Məhkəmə isə həmin vəsatəti təmin etməyib. Qeyd edim ki, mən Fərman Ceyranlı ilə bağlı aparılan cinayət işinin detalları ilə tam tanış deyiləm", - M. Kazimi vurğulayıb.

Cərrah - transpantoloq ibtidai istintaq zamanı bu iş üzrə onunla bağlı heç bir istintaq hərəkəti aparılmadığını da qeyd edib: "Gürcüstan dövlətinin rəsmi qurumları tərəfindən istintaqda ifadə vermək üçün mənə hər hansı bir bildiriş göndərilməyib. Məhkəmənin son proseslərilə bağlı məlumat aldım ki, Fərman Ceyranlı prosesdə əsassız yerə mənim adımı hallandırır və bu səbəbdən də özümə Gürcüstanda vəkil tutdum. Dünənki prosesdə mənim nümayəndəm kimi həmin vəkil də iştirak edib. Məhkəmə prokurorluğa və mənim müdafiəçimə öz aralarında danışıq aparmağa dair tapşıqıq verib və deyib ki, son qərar barədə onlar məlumatlandırılsın. Burada söhbət mənim məhkəmə istinaqına ifadə verməyimdən gedirsə, mən həmin materiallarla tanış deyiləm. İşlə tanış olduqdan sonra lazımi hüquqi addımları atacağıq". 

Qeyd edək ki, dünən Gürcüstan Baş Prokurorluğu Azərbaycandan olan cərrah-transplantoloq barəsində cinayət təqibinə başlaması barədə məlumat yayıb. Məlumatda bildirilib ki, cərrah Mircəlal Kazımi pasientlərin böyük həcmdə pul vəsaitinin mənimsənilməsi və mənimsənilməsi cəhdi ilə bağlı başlanılmış cinayət işi üzrə ittiham olunur: "Cərrah M.K. istintaq orqanlarına gəlməkdən imtina etdiyinə görə prokurorluq məhkəməyə onun saxlanılması barədə qərar qəbul etməklə bağlı müraciət edib. Müraciət təmin olunandan sonra M.K. axtarışa veriləcək, - deyə məlumatda deyilir.

Məlumatda o da qeyd olunub ki, Tbilisidəki "Lanset" klinikasının direktoru 2016-cı ilin əvvəlində Azərbaycandan M.K. adlı cərrah-transplantoloq dəvət edib. Həmin həkimin tibbi ixtisası üzrə Gürcüstan tərəfindən verilən müvafiq sertifikatı olmayıb.

2016-cı ilin fevralında iki Gürcüstan vətəndaşı klinikaya konsultasiya üçün müraciət edib, onların təcili qaraciyər köçürülməsinə ehtiyacları olduğu deyilib. Pasientlərə, həmçinin bildirilib ki, bu cür əməliyyatları uğurla həyata keçirmiş Türkiyədən olan bir qrup cərrah- transplantoloq Gürcüstandadır.

Pasientlərdən biri klinikanın direktoruna 99204 lari (40 min dollardan çox) ödəyib. Digər pasientlə isə onun 10 aprel 2016-cı il tarixində 40 min dollar ödəyəcəyi ilə bağlı razılıq əldə olunub.

"Lanset" klinikasında 2016-cı ilin mart ayında əməliyyat olunmuş hər iki pasient bir həftə sonra vəfat edib.

İstintaqla müəyyən olunub ki, əməliyyatlar qanunsuz aparılmaqla yanaşı, pasientlərin təcili əməliyyata ehtiyacları olmayıb və qoyulmuş diaqnoz təsdiqini tapmayıb.

Xatırladaq ki, "Lanset" klinikasının direktoru Fərman Ceyranlı dələduzluq maddəsi ilə ötən ilin may ayında həbs olunub. F. Ceyranlını 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Tbilisi şəhər məhkəməsində onun işinə baxılır.


Xəbər lenti

300x200r