Bölgələrə yağan ilk qar onun üçün əsl fürsət olub. Havanın qarlı və şaxtalı olmasına baxamayaraq, Kür çayında üzüb.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, qarlı və şaxtalı hava şəraiti 48 yaşlı Cəmaləddin Məmmədzadəni Kür çayına girməkdən çəkindirməyib. O. illərdir ki, hər qar yağanda Kür çayında çimməyi ənənə halına çevirib. Həvəskar idmançı bu gün qarın yağdığını fürsət bilərək Kürdə çimmək qərarına gəlib.
C. Məmmədzadə uşaqlıqdan fəsildən asılı olmayaraq, Kür çayında çimib. O, belə soyuq havada çimməyin xəstəlik yox, əsl sağlamlıq olduğunu düşünür.
Dediyinə görə, o, bəzən dostları ilə birlikdə soyuq havada çayda üzgüçülük yarışları da təşkil edir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub