Yaxın qonşu ölkələrin birində ali məktəbə attestatla qəbul olunmuş 15 minə yaxın azərbaycanlı tələbə təhsil alır.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin (TN) Ali və orta ixtisas şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.
S.Gözəlovun sözlərinə görə, xarici ölkələrin ali məktəblərinə attestatla qəbul olunmuş Azərbaycan vətəndaşlarının ölkəmizin ali məktəblərinə köçürülməsi üçün şərtlər olduqca ağırdır: "Onların köçürülməsi üçün ailənin ciddi sosial problemləri, sağlamlıq vəziyyəti kimi əsaslar olmalıdır".
Belə halların TN tərəfindən ciddi araşdırıldığını deyən S.Gözəlovun sözlərinə görə, xarici ölkələrin ali məktəblərində qiyabi təhsil alan Azərbaycan vətəndaşları köçürülmək üçün müraciət edə bilməzlər. Onların köçürülməsinə birmənalı şəkildə icazə verilmir.
Nazirlik rəsmisi onu da əlavə edib ki, tələbələrin köçürülməsi fevralın 1-dən 7-dək davam edəcək. Bu müddətdə tələbələr www.transfer.edu..az saytına müraciət etməklə ali təhsil müəssisəsini, ixtisasını dəyişə bilərlər.
Portalın fevralın 1-dən aktivləşəcəyini deyən S.Gözəlov bildirib ki, köçürülmək istəyən tələbələrin orada qeydiyyatdan keçməsini vacibdir:
“Əgər TN tərəfindən aparılan təhlillər nəticəsində köçürülmə məqbul sayılacaqsa, tələbə artıq növbəti semestrdən yeni məktəbdə, yaxud yeni ixtisas üzrə təhsil ala biləcək”.
S.Gözəlov deyib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, eyni zamanda xaricdə yaşayan azərbaycanlılar da portal vasitəsilə müraciət edə bilərlər: “Amma bu halda qaydalar bir qədər fərqli olur. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin köçürülməsi Nazirlər Kabinetinin 2015-ci ildə verdiyi 125 saylı qərarı ilə tənzimlənir. Belə şəxlərin köçürülməsi zamanı bal məhdudiyyəti nəzərə alınmır. Əcnəbilər birbaşa köçürülmək istədiyi ali təhsil müəssisələrinə də müraciət edə bilərlər”.
S.Gözəlov qeyd edib ki, ötən tədris ilində köçürülmə üçün müraciət edən, lakin rədd cavabı alan tələbələr də bu il yenidən müraciət edə bilərlər.
Nazirlik rəsmisi ötən tədris ilində portal vasitəsilə 1191 tələbənin köçürüldüyünü xatırladıb.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub