Avtobus qapısı açıq şəkildə hərəkət edir. Məktəblilər də qapıdan sallanaraq gedir.
Mənzərə çox təhlükəlidir. Xırda bir diqqətsizlik şagirdlərin yıxılması ilə nəticələnə bilər.
Mynews.az bildirir ki, görüntülər Koroğlu metrostansiyasından Ramana kəndinə hərəkət edən 204 saylı avtobusda baş verib. Bu video bir daha sərnişinlərin təhlükəli şəkildə daşınmasını gündəmə gətirir.
Lakin 99 JH 483 dövlət nömrə nişanlı məhz həmin avtobusun sürücüsü özünə haqq qazandıraraq deyir ki, şagirdlər dərsdən qayıdanda hər zaman belə olur.
Marşrut xəttinin Namiq adlı rəsmisi bildirib ki, məsələ araşdırılacaq və təhlükəli qayda pozuntusuna yol verən sürücü cəzalanacaq.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə deyir ki, sabah daşıyıcı şirkətin rəhbərliyi agentliyə dəvət olunaraq xəbərdarlıq ediləcək. Belə hala yol verən sürücü ilə bağlı lazimi tədbirlər görüləcək. /xezerxeber.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub