Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-4 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 1-3 isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Yanvarın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 5-10 dərəcə şaxta olacağı gözlənilir. Dağlıq ərazilərdə yollar buz bağlayacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub