Bir neçə gün əvvəl Bakıda avtoxuliqanlıq edərək təhlükəli vəziyyətlər yaradan sürücünün bu əməlindən sonra polis yollara nəzarəti bir qədər də artırıb.
Mynews.az-ın məlumatına görə, Bakıda avtoxuliqanlıq edənlərin tez aşkar edilməsi üçün kameralar 24 saat izlənilir.
Təhlükəli hərəktlər edərək həm özlərini, həm də digər sürücüləri çətin vəziyyətdə qoyurlar.
Söhbət yol hərəkəti qaydasını pozaraq yol polisindən qaçan avtoxuliqanlardan gedir. Son günlər Bakıda bir neçə avtoxuliqanlıq hadisəsi qeydə alınıb. Bu məqsədlə Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin əməkdaşları belə sürücülərə qarşı nəzarəti gücləndirib.
Elə bunun nəticəsidir ki, ilin əvvəlindən bu günə kimi avtoxuliqanlıq edən bir neçə sürücü saxlanılaraq məsuliyyətə cəlb edilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, həmin sürücülər inzibati həbs edilməklə yanaşı həm də bir illik sürücülük hüququndan da məhrum olublar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub