Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Portuqaliya parlamentinin deputatı, Parlamentlərarası İttifaqın “12 Plyus Qrupu”nun Prezidenti Duarte Paçeko ilə görüşüb.
Mynews.az-ın məlumatına görə, görüş zamanı DQİDK sədri qonağa Azərbaycanda mövcud olan dinlərarası tolerantlıq və dialoq, multikulturalizm ənənələri barədə məlumat verib. Mübariz Qurbanlı bildirib ki, ölkəmizdə hazırki dövlət-din münasibətləri əsrlərboyu Azərbaycan xalqının formalaşdırdığı qarşlıqlı hörmət və dözümlülük ənənələrinin qoruyub saxlanılmasına və inkişaf etdirilməsinə yönəlib.
Dövlət Komitəsinin fəaliyyəti barədə də portuqaliyalı deputata məlumat verən Mübariz Qurbanlı ölkəmizdə dini radikalizmə qarşı inzibati, iqtisadi və ideoloji istiqamətlərdə aparılan mübarizənin artıq nəticə verdiyini bildirib. Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunan Dövlət Komitəsinin sədri Ermənistanın Azərbaycan torpaqlarını zəbt etdiyini, işğal altında olan ərazilərimizdə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulduğunu diqqətə çatdırıb. Portuqaliya parlamentinin deputatı Duarte Paçeko Azərbaycandakı tolerantlıq və birgəyaşayış ənənələrindən, həmçinin bu istiqamətdə yürüdülən dövlət siyasətindən mütəəssir olduğunu bildirib. Eyni zamanda, Azərbaycan və Portuqaliyanın bu sahədə birgə əməkdaşlıq üçün yaxşı perspektivlərinin olduğu qeyd edilib.
Görüşün sonunda Dövlət Komitəsinin sədri qonağa Azərbaycandakı tolerant mühitin əks olunduğu kitablar hədiyyə edib.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub