Azərbaycan ərazisində növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Mynews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, yanvarın 31-də ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Havanın temperaturu son günlərlə müqayisədə tədricən 2-3 dərəcə yüksələcək. Cənub-qərb küləklərinin üstünlüyü müşahidə olunacaq, bəzi yerlərdə arabir güclənəcək".
Onun sözlərinə görə, fevralın ayının 1-də hava şəraiti qeyri-sabit keçəcək: "Fevralın 1-də bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunacaq. Dağlıq rayonlarda isə qar yağacağı gözlənilir. Bu qısa müddətli olacaq. Fevralın 1-i axşamdan yağıntılar tədricən kəsiləcək. Fevralın 2-dən isə ölkə ərazisində hava şəraitinin yenidən sabit və gün ərazində yağmursuz keçəcəyi proqnozlaşdırılır".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub