Azərbaycanlı milyonçu, "İnter Server" şirkətlər qrupunun prezidenti Füzuli Məmmədov (Frenk Elkapone) şəhid ailələrinə və qazilərə növbəti dəfə mənzil hədiyyə edib.
Mynews.az xəbər verir ki, bu barədə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu facebook səhifəsində məlumat yerləşdirib.
“Bu mütəvazi, lakin mahiyyətcə böyük tədbirdə iştirak etmək çox gözəldi. Füzuli Məmmədovun şəhid Aqşin Abdullayevin oğluna göstərdiyi xüsusi diqqət də nəzərimdən qaçmadı. Kaş bütün iş adamları Qarabağ şəhidlərinə və qazilərimizə diqqətli olsunlar!”, - deyə Rauf Arifoğlu qeyd edib.
Xatırladaq ki, bir müddət Azərbaycanda yaşayan və siyasi fəaliyyətlə məşğul olmağa cəhd göstərən F.Məmmədov 1990-cı illərin sonunda siyasətdən tam çəkilib və Rusiyadakı biznesini inkişaf etdirib. Adı tez-tez kriminal olaylarda hallanan (məşhur mafioz Frenk Elkaponeyə sevgisinə görə bu adı özünə təxəllüs götürüb) F.Məmmədov Rusiyada hətta narkotik ittihamı ilə də saxlanılıb. F.Elkaponenin birinci həyat yoldaşı italyan əsillidir, "Elkapone" xanımının soyadı olub.








1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub