USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Teleqüllənin yeri dəyişdirilir? - RƏSMİ AÇIQLAMA

16:55 30.01.2018
Teleqüllənin yeri dəyişdirilir? - RƏSMİ AÇIQLAMA
16:55 30.01.2018
"Bayıl yamacındakı sürüşmə ilə əlaqədar Teleqüllənin yerinin dəyişdirilməsi ehtimalı yoxdur".   Mynews.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.   O bildirib ki, Teleqüllənin inşa olunduğu yer tamamilə başqa strukturun üzərindədir: "Həmin ərazidə Teleqüllə üçün heç bir qorxu yoxdur. O monolit əhəng daşlarının üzərində inşa olunub. Lazımi qaydada layihələşdirilib, tikilib. Heç bir qorxu yoxdur".   Qeyd edək ki, yanvar ayının 24-də Səbail rayonunun Bayıl yamacında (Teleqüllə yaxınlığında) sürüşmə hadisəsi qeydə alınıb. Mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib. Sürüşmə zonasından 80 ailə, yəni 390 nəfər çıxarılıb. Onlara bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək.

Xəbər lenti

300x200r