Yanvarın 7-nə keçən gecə Ağdam rayonunun Quzanlı qəsəbəsində 4 avtobus dayanacağından 16 reklam lövhəsinin sökülərək oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
DİN-dən Milli.Az-a verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və həmin lövhələrin 3 nəfər tərəfindən "Ford" markalı avtomobillə oğurlanması məlum olub. Təxirəsalınmaz tədbirlərlə cinayətdə şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Kamran Novruzov, Orxan Fərzəliyev və Samux rayon sakini Musa Musayev polis əməkdaşları tərəfindən müəyyən edilərək Gəncə şəhəri ərazisində saxlanılıblar.
Araşdırmalarla Kamran Novruzovun əvvəllər reklam şirkətlərindən birində çalışması, bir neçə rayonda həmin reklam lövhələrini quraşdırmaqla məşğul olması, lakin 2 il əvvəl işdən çıxarılması məlum olub. Onların birlikdə Gədəbəy, Qazax, Ağdaş, Sabirabad, Göyçay və Yevlax rayonları ərazislərində də avtobus dayanacaqlarının hissələrini sökərək oğurlamaları və metal qəbulu məntəqəsinə satmaları müəyyən edilib.
Polis əməkdaşları tərəfindən 28 ədəd lövhələr və onların hissələri maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub