Azərbaycanda göz qişalarının saxlanması üçün göz bankı yaradıla bilər.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tərəfindən qaldırılıb.
Məsələyə münasibət bildirən Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, göz bankının yaradılması üçün bir neçə məsələlər öz həllini tapmalıdır:
“Göz qişası yalnız meyitdən götürülür. Azərbaycanda meyitdən göz qışası götürmək olar, amma “Transplantasiya haqqında” qanunun bu müddəasını reallaşdırmaq üçün beyin ölümünün kriteriyaları müəyən olunmalıdır. Səhiyyə Nazirliyi tərəfindən bu kriteriyalar müəyyənləşib və təsdiq üçün Nazirlər Kabinetinə göndərilib”.
M.Quliyev əlavə edib ki, eyni zamanda meyitdən orqan və toxumaların götürülməsi üçün müəyyən müvafiq klinikalar olmalıdır və bu iş həmin klinikalarda həyata keçirilməlidir: “Bu məsələlər reallaşdıqdan sonra Azərbaycanda göz bankının yaradılması mümkündür”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub