Bakıda ən əsas yollarında olan Babək prospektində geniş təmir, tikinti işləri həyata keçirilir. Yolun altından keçən istismar müddətini başa vurmuş bütün kommunikasiya xətləri yenilənir və yeni asfalat çəkilir. Artıq yeni yolun istifadəyə veriləcəyi vaxt da müəyyənləşib.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, eyni vaxtda bir neçə ərazidə iş aparılır. Kommunikasiya xətləri dəyişdirilir, yol yatağı hazırlanır və asfalt vurulur.
Görüntülər uzunluğu 8.7 kilometr olan Babək prospektindəndir.
Kommunikasiya xətlərinin çəkilməsi yekunlaşan ərazilər hissələrlə asfaltlanır. Eyni zamanda bordürlər yeniləri ilə əvəz edilir, yağış barmaqlıqları qoyulur və yeni səkilər salınır.
İşlər yekunlaşdıqdan sonra yolun ortasındakı ərazinin kiçildilməsi sayəsində prospektin eni də genişlənəcək.
Babək prospekti şəhərin əsas yollarından sayıldığından bu yolun istifadəyə verilməsi ilə paytaxt yollarındakı sıxlığın azalacağı gözlənilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub