USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Əsgər yoldaşına aşiq oldu, 2 il sonra görüşüb qeyri-təbii yolla əlaqə təklif etdi və... Bakıda dəhşət

16:40 31.01.2018
Əsgər yoldaşına aşiq oldu, 2 il sonra görüşüb qeyri-təbii yolla əlaqə təklif etdi və... Bakıda dəhşət
16:40 31.01.2018

Bakıda əsgərlik yoldaşını öldürməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Zamin Məcidlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Rəsmi sənədlərə görə, Zamin Məcidli 2012-ci ilin iyul ayından 2014-cü ilin yanvar ayına kimi hərbi xidmətdə olduğu müddət ərzində eyni hərbi hissədə qulluq etdiyi Nurlan Xudiyevlə tanış olub. O, həmin vaxtdan Nurlan Xudiyevlə dostluq münasibətlərini saxlayıb, mütəmadi olaraq görüşüb.

Cinsi əlaqədə olmaq təklifi

2014-cü ilin iyulun 11-də, saat 22 radələrində Nurlan Xudiyevin təklifi ilə Zamin Məcidli Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində yerləşən keçmiş "Gülüstan” meşə zolağına gəlib.

Nurlan Xudiyev həmin ərazidə Zamin Məcidliyə qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif edib və onunla müxtəlif əxlaqsız hərəkətlər edib.

Güclü ruh həyacanı

Zamin Məcidlidə əsgərlik dostunun hərəkətləri nəticəsində qəflətən güclü ruhi həyəcan (affekt) yaranıb. Onda yaranmış vəziyyətlə bağlı qarpız kəsmək üçün üzərində gəzdirdiyi bıçaqla Nurlan Xudiyevin sinə nahiyəsinə bir zərbə vurub.

Qətl

Zamin Məcidlinin vurduğu zərbə Nurlan Xudiyevin ürək nahiyəsinə dəyib. Nurlan aldığı zərbənin təsirindən hadisə yerindəcə ölüb.

İstintaq orqanı tərəfindən Zamin Məcidliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə araşdırma Bakı Ağır Cinayətlər Məhkəməsində aparılıb. Hakim Azad Məcidovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Hiss etdim ki, mənimlə ünsiyyətdə olmağa can atır”

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən mayın 3-də və ya 4-də yenidən Bakıya gəlib, Bakıxanov qəsəbəsində Ə.Cəfərov küçəsində kirayədə yaşamağa başlayıb: "Bir iki gündən bir, bəzən də hər gün Nurlanla həmin evdə qalmışdıq. Mənim üçün ev sahibinə bir dəfə də Nurlan 60 manat vermişdi. Hiss etmişdim ki, Nurlan mənim üçün darıxır, mənimlə ünsiyyətdə olmağa can atır”.

"Təklif etdim ki, meşədə gəzişək”

Zamin Məcidli qeyd edib ki, 2014-cü ilin iyul ayının 11-də Nurlanla Suraxanı rayonunda görüşüblər: "Evdən çıxanda fikirləşdim ki, üstümdə pulum az olduğundan günorta vaxtı Nurlanla qarpız alıb yeyərik. Buna görə də evdən mətbəx bıçağı götürdüm. Deyilən yerdə Nurlanla görüşdük və həmişəki kimi Nurlan qucaqlaşaraq üzümdən öpdü. Bir az gəzişəndən sonra təklif etdim ki, istidir, gedək, Razində meşəlik yerdə gəzişək”.

"Bildirdi ki, şamlıqda gəzişək”

Zamin Məcidlinin sözlərinə görə, Nurlana həmin əraziyə gedərək qarpız alaraq yeməyi təklif edib. Nurlan isə ona xəngəl yemək istədiyini bildirib: "Buna görə də, Nurlanın təklif etdiyi kimi Razində meşəlik yerə deyil, Neftçilər metrosunun yanında kafelərin birində xəngəl yedik. Sonra yenidən Nərimanov metrosunun yanındakı parka getdik. Təxminən saat 22 radələrində 25 nömrəli marşruta minərək "Çayxor” kafesinin yanında düşdük. Nurlan mənə bildirdi ki, Şamlıq deyilən yer var, orada gəzişək”.

"Mənimlə cinsi əlaqədə olmağı təklif etdi”

Zamin Məcidli qeyd edib ki, şamlıq deyilən yer gəzmək üçün nəzərdə tutulmuş park deyil: "Nuralının təklifi ilə həmin əraziyə getdik. Orada olan zaman isə Nurlan mənə əxalqsız hərəkət etməyi təklif etdi. O, mənimlə qeyri-təbii yolla cinsi əlaqədə olmağı, məni sevdiyini dedi. Onun bu hərəkətindən çox əsəbiləşdim”.

Öldürdü, bıçağı həyətlərində basdırdı

Zamin Məcidlinin sözlərinə görə, Nurlan onu ağır söyüşlərlə təhqir edib, bu səbəbdən o, məişət-təsərrüfat təyinatlı bıçaqla dostunun ürəyinə zərbələr endirib, sonra isə hadisə yerindən qaçıb. Həmin axşam o, kəsici aləti yaşadığı evin həyətində basdırıb.

Məhkəmə baxışı zamanı təkrar vəsatətlər əsasında iş üzrə yenidən məhkəmə-psixiatriya ekspertizası təyin edilib. Ekspert rəyinə əsasən təqsirləndirilən şəxs cinayəti affekt vəziyyətində törədib.

Bu səbəbdən məhkəmə Zamin Məcidlinin əməlini Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edib.

3 il cəza

Məhkəmənin hökmü ilə Zamin Məcidli 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən prokuror narazı qalaraq apelyasiya protesti verib. O, Zamin Məcidlinin cəzasının ağırlaşdırılmasını istəyib. Həmçinin eyni tələblə zərərçəkmiş tərəf də apelyasiya şikayəti verib. Hər iki tərəfin şikayəti Bakı Apelyasiya Məhkəməsində araşdırılıb və təmin edilməyib.

Bundan sonra prokuror Ali Məhkəməyə müraciət edib. Prokurorun şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Cəza 9 ilə qədər artırıldı

Apelyasiya instansiyasında bu dəfə işə hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim heyəti prokurorun şikayətini təmin edib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv edib, Zamin Məcidlinin barəsində yeni hökm çıxarılıb.

Yeni hökmə görə, Zamin Məcidli Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib və onun cəzası 9 ilə qədər artırılıb. Bu hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi kasasiya şikayəti verib.

Vəkil kasasiya şikayətində Zamin Məcidlinin əməlinin Cinayət Məcəlləsinin 122.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif etməklə, həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş edib.

Vəkilin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə Zamin Məcidlinin vəkilinin şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyəti vəkilin şikayətini təmin etməyib.

Publika.az//


Xəbər lenti

300x200r