Ötən ilin statistikasına əsasən, Azərbaycanda 10 yaşa kimi uşaqlar arasında oğlanların sayı nəzərəçarpacaq qədər artıb.
Mynews.az APA-ya istinadən bildirir ki, bunu 2007-2015-ci illər üzrə Azərbaycan əhalisinin Reproduktiv Sağlamlığına dair Milli Strategiyanın ilkin layihəsinin müzakirəsinə həsr olunmuş işçi görüşdə millət vəkili Məlahət İbrahimqızı deyib. Deputat bildirib ki, statistikaya əsasən oğlanların sayı qızlara nisbətən 4-5% artıb. Bu məsələni ciddi problem hesab edən millət vəkili qeyd edib ki, qızların gələcək taleyi hər kəsi düşündürməlidir: "2-3 ildən sonra bu, ciddi tendensiyaya səbəb olacaq. 5 il bundan əvvəl bu rəqəmlər 1% idi. Biz bu sahədə geridə qalmış ölkələrin sırasına enə bilmərik".
Onun sözlərinə görə, hamiləlik dövründə müalicə məqsədi daşımayan ultrasəs müayinələrinin keçirilməsi hansısa formada tənzimlənməlidir: "Ultrasəs müayinəsinin lazım oldu-olmadı, xüsusilə cinsə görə muştuluq naminə keçirilməsi bu gün də var. Bu məsələlərə son qoyulmalıdır".
M. İbrahimqızı əlavə edib ki, qızların kütləvi olaraq xarici vətəndaşlarla ailə qurması da ciddi problemdir.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub