Bakıda marşrut avtobusuna ödəniş etmədən minən sərnişin ilə sürücü arasında mübahisə yaranıb.
Mynews.az "BakuBus”a istinadən verdiyi xəbərə görə, hadisə yanvarın 30-u saat 18:48 radələrində 90-JH-110 dövlət qeydiyat nişanlı 175 saylı marşrut avtobusunun sonuncu, Səməd Vurğun bağı dayanacağında baş verib.
Sərnişin ödəniş etmədən avtobusa daxil olub və sürücü mikrofonla sərnişinə xəbərdarlıq edib. Bundan sonra qəzəblənən sərnişin ictimai yerdə sürücünü nalayiq sözlərlə təhqir etməyə başlayıb və onun üzərinə gəlib. Ətrafdakı sərnişinlər müdaxilə etdikdən sonra həmin şəxs yenə ödəniş etmədən geri qayıdır və sürücü bununla bağlı yaxınlıqdakı xətt dispetçerini dəvət etmək üçün avtobusu tərk edir. Bundan sonra hadisə yerinə polis əməkdaşları dəvət olunur və bunu görən həmin sərnişin dərhal tələsik şəkildə avtobusu tərk edir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub