Son günlər havada elə özümün də müşahidə etdiyim elektrik mövcuddur. Elektrik dedikdə ətrafda olan əşyalara, iş masama, iş yoldaşlarıma toxunarkən insanın əlini titrədən "tok vurması”ndan danışıram. Belə gərgin elektrik yükünün necə yarandığını müəyyən etmək üçün AMEA-nın Fizika institutuna müraciət etdik.
Mynews.az xəbər verir ki, Fizika İnstitunun Aparıcı elmi işçisi Kamil Qurbanov Qaynarinfo-ya açıqlamasında bildirdi ki, bu təbii prosesdir və narahatçılığa əsas yoxdur:
"Bu tamamilə geyimlə bağlı bir şeydir. Geyimlərin əksəriyyəti sintetik olur. Sintetik material isə özündə statik elektrik yükləri saxlayır. Bu isə sürtünmədən yaranır. Məsələn, əgər yerə sintetik xalça salınıbsa, siz onun üstündə gəzdikdən sonra hər hansı elektrik keçirici materiala toxunsanız, dediyiniz kimi "tok vurma” halı baş verə bilər. Xüsusən, qış aylarında rütubətin artması bu kimi halların tez-tez baş verməsinə zəmin yaradır. Düzdü, insanın özündə də biotoklar olur. Ancaq onlar çox zəifdir. Yəni, belə bir halın baş vermə səbəbi ola bilməz. Ancaq narahat olmağa dəyməz. Çünki heç bir təhlükəsi yoxdur”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub