“Coco Baku” geyim mağazası ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Mynews.az axşam.az-a istinadən məlumatına görə, Günel Cahangirli adlı xanım mağazadan 189 manata libas aldığını, amma sonra eynisini daha ucuz qiymətə başqa mağazalarda gördüyünü iddia edir.
“Libası özəl adı ilə satıblar. 189 manat pul verdim, bir dəfə toya geyindim. Aradan iki gün keçəndən sonra geyimlər satılan online səhifələrdə və şəhərimizdəki keçidlərdə olan mağazalarda paltarın eynisini 49 manata gördüm. Zəng vurub mağazaya bu haqda şikayət edəndə, qayıtdılar ki, ola bilməz, bizdə “A klass”dı. Amma materialına da baxmışam, heç bir fərq yoxdur. İnsanı bu qədər aldatmaq olmaz” deyə, xanım şikayətində bildirib.



1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub