Yanvarın 30-da Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə rayon ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və ötən il noyabrın 16-dan cari ilin yanvar ayının 27-dək olan müddətdə həmin mənzildəki seyfdən 57700 ABŞ dollarının oğurlanması məlum olub.
Araşdırmalar zamanı həmin məbləğdə olan pulun ev sahibinin arvadı tərəfindən oğurlanmasına əsaslı şübhələr yarandığından qadın polis əməkdaşları tərəfindən saxlanılıb.
Aparılan əməliyyat tədbirləri ilə qadının oğurladığı pulu tanışı olan bir nəfərə verməsi müəyyən edilib və həmin şəxs də polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, saxlanılan şəxs qadının məşuqu, 1988-ci il təvəllüdlü Ramil Muradovdur.
Polisə isə öz evindən oğurluq etmiş qadının həyat yoldaşı müraciət edib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub