USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Deputatlar prezidentə müraciət etdilər

14:13 01.02.2018
Deputatlar prezidentə müraciət etdilər
14:13 01.02.2018

Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov növbəti amnistiya aktının qəbul olunmasını öz üzərinə götürməsi üçün ölkə başçısına deputatlar adından müraciət edib. 

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, o xatırladıb ki, bu günə qədər ölkədə 63 əfv sərəncamı və fərmanı, 11 amnistiya aktı qəbul olunub: 

“Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktı qəbul olundu və o, 10 mindən artıq insanı əhatə etdi. Onu da qeyd edim ki, hər bir deputat amnistiya aktının qəbul olunması ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər. Ancaq bağışlamaq Allaha və ölkə başçısına aiddir. Ona görə Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhurriyyətinin 100 illiyi ilə bağlı deputatlar adından xahiş edək və ölkə başçısına müraciət edək ki, bu işi öz üzərinə götürsün. 

Bu, vətəndaşlarımızın gözlədiyi məsələdir. Bir neçə məsələdə amnistiya aktı keçmişdəkilərdən fərqli olmalıdır. Azərbaycan 27 ildir müstəqildir. Bu amnistiya dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda iştirak etmiş və səhvlərə yol vermiş bütün şəxslərə şamil olunmalıdır. Həmçinin yaşı 60-dan yuxarı olan bütün qadınlara, himayəsində azyaşlı uşaqlar olan qadınlara da şamil olunmalıdır. Çünki həmin qadınlar həbsxanada dünyaya övlad gətiriblər.

Yaşı 70-dən yuxarı olan bütün kişilərə, radikal dini cərəyanlara qoşulmamış bütün dini şəxslərə də tətbiq olunmalıdır. Qarşıdan seçki ili gəlir. Kimlərsə yenə bu kampaniyaya kölgə salmaq istəyir. Belə ki, hansısa adamların adından Azərbaycana qarşı radikal kampaniya aparırlar. Düşünürük ki, hansısa cinayətə yol vermiş olsa da, radikal cəbhədən olanları da amnistiyaya salmaq lazımdır”.


Xəbər lenti

300x200r