Bakıda yol polisinin üstünə silah çəkən sürücü həbs olunub.
Bunu Mynews.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, sürücü avtomobili ilə aşkarlanıb:
“Şübhəliyə Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Hadisə ilə əlaqədar Nərimanov Rayon Polis Şöbəsində istintaq aparılır”.
11:23
Bakıda yol polisinə tabe olmayan sürücü silaha əl atıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə “Volkswagen” markalı, “90 UU 793” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1983-cü il təvəllüdlü Təyyar Əliyevin maşını saxlanılıb.
T.Əliyev yol polisi serjantı Orxan Həsənova tabe olmayaraq, avtomobilində olan pnevmatik tapança ilə ona hədə qorxu-gəlib və buraxılmasını tələb edib.
Polis serjantı kömək üçün hadisə yerinə digər polis əməkdaşlarını çağırıb. Bunu görən T.Əliyev avtomobilində olan qadın sərnişinlə birlikdə insident baş verən yerdən qaçıb.
Faktla bağlı cinayət işi başlanılıb, sürücünün axtarışları davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub