Yapon dənizində itkin düşən “Vostok” (Şərq) gəmisinin ekipaj üzvlərinin ailə üzvlərinə kompensasiya veriləcək.
Mynews.az azvision.az-a istinadən xəbər verir ki, bunu gəminin sahibi, “DV-flot” şirkətinin baş direktoru Stanislav Malçevski bildirib. Onun sözlərinə görə, heyət üzvlərinin qohumlarına 1,5 milyon rubl təzminat ödəniləcək.
Hələlik gəmi heyəti itkin düşmüş hesab olunur. Yalnız məhkəmə qərarından sonra heyət üzvlərinin həlak olması elan ediləcək.
Qeyd edək ki, yanvarın 25-də Rusiyaya məxsus "Vostok" balıqçı gəmisi Yapon dənizinin Primorski vilayəti sahillərində yoxa çıxıb. Gəminin göyərtəsində 21 nəfər olub. İtkin düşən şəxslərdən ikisi Rusiya vətəndaşı olan azərbaycanlı matros Mübariz Hüseynov və Ruslan Əlizadədir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub